Cəmiyyət

Şəhidlik zirvəsinə ucalan qəhrəman - Rəşad Abdullayevə ''Vətən Müharibəsi Qəhramanı" adı verilib - VİDEO

15 Dekabr 2020 12:18
Baxış: 1 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də kapitan Rəşad Abdullayev olub. O, üç bacının bir qardaşı idi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Rəşad Abdullayev 1988 -ci ildə Cəlilabadın Göytəpə şəhərində anadan olub.

Atası Arif Abdullayev deyir ki, Rəşadın hərbə marağı babasından keçib. Uşaq vaxtı babasının 2-cı dünya müharibəsindən qalma orden və medallarını sinəsinə taxaraq qürurla gəzib. Elə bu minvalla atasına hərbi liseyə daxil olmaq istədiyini bildirib.

O, 2003-cü ildə Cəmşid Naxçıvanki adına Hərbi Liseyə, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2011-ci ildə könüllü olaraq döyüş bölgəsinə xidmətə gedən Rəşad 2012-ci ildə yüksək bacarıqlarına görə xüsusi təyinatlıların sırasına qəbul edilib. Vətən müharibəsi başlayandan savaşa qatılıb.

Həyat yoldaşı Gülnar Abdullayeva deyir ki, sonuncu dəfə onunla sentyabrın 25-də danışıblar. 28-də ağır yaralanan Rəşad Abdullayev sentyabr ayının 30-da şəhid olub.

Qeyd edək ki, kapitan Rəşad Abdullayev ölümündən sonra ''Vətən Müharibəsi Qəhramanı"adı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.