Cəmiyyət

Ülvi Mehdiyev: "Bu günədək 30 milyon SMS yoxlanılıb"

3 Avqust 2020 17:33
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 5-dən etibarən SMS icazə ləğv olunur. 21 iyun tarixindən bu günədək 700 minədək SMS icazə alınıb. Bu günədək 30 milyon SMS yoxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət çimərliklərdən istifadəyə imkan verir: "Montiqorinq qrupları müəyyən edilib və pandemiya şəraitinə uyğun gələn çimərliklər vahid reysterə salınıb. "Cimerlik.az" saytı vasitəsilə insanlar istədikləri çimərliklərə gedə biləcəklər. Çimərliyə getmək üçün xüsusi icazə yoxdur. İstənilən şəxs çimərliyə gedə bilər. Bu portal hər hansı icazə almaq üçün nəzərdə tutulmayıb. Bu sayt, sadəcə, sizə çimərliklərin tutumu və digər özəllikləri ilə bağlı məlumat verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.