Cəmiyyət

Koronavirusla mübarizədə tibbi maskadan istifadə və sosial məsafənin qorunması çox vacibdir - FOTOREPORTAJ

10 İyun 2020 08:36
Baxış: 2 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizdə koronavirusa qarşı mübarizə davam etdirilir. Görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar nəticəsində sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Təbii ki, həyata keçirilən tədbirlərin səmərəli nəticə verməsində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Koronavirusla mübarizədə tibbi maskadan istifadə və sosial məsafənin qorunması çox vacibdir. Ona görə də hər bir vətəndaş özünü və ətrafındakıları qorumaq üçün maksimum məsuliyyət nümayiş etdirməlidir.

Milli.Az bildirir ki, AZƏRTAC-ın fotomüxbirinin paytaxtın müxtəlif yerlərindən lentə aldığı fotoşəkillərdən də göründüyü kimi, vətəndaşların əksəriyyəti tibbi maskalardan istifadə edir. Lakin məsuliyyətsizliyə yol verən vətəndaşlara da rast gəlinir. Polis əməkdaşları həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparır, onları qaydalara etməyə riayət dəvət edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.