Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 8 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az