Azərbaycanda restoran və kafe şəbəkələri ilə tanınan "Özsüt Azerbaijan" MMC-də rəhbərlik dəyişib.
Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın məlumatına görə, şirkətin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyev vəzifəsindən azad olunub.
Onun yerinə bu postda Zaur Elburus oğlu Əzimov təyin edilib.
Xatırladaq ki, ötən ilin əvvəlində "Özsüt Azerbaijan"ın qanuni təmsilçisi vəzifəsini Renat Tofiq oğlu Əzməmmədov icra edirdi.
Bununla yanaşı, şirkətin dövlət qarşısında milyonlarla manatlıq vergi borcu yaranıb. Kommersiya qurumlarının dövlət reyestrindəki məlumata əsasən, "Özsüt Azerbaijan"ın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə olan borcu 3 milyon 268 min 364 manat 24 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, "Özsüt Azerbaijan" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır.
Milli.Az





