Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərbəsi alan 1986-cı il təvəllüdlü Lamiyə Qanbayeva 11.10.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Milli.Az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Lamiyə Qanbayeva evə buraxılarkən vəziyyəti stabil qiymətləndirilib:
"Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub və ona tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilib".
TƏBİB-dən verilən digər məlumata görə, hadisədən sonra sirkə turşusu içərək intihara cəhd edən 1988-ci il təvəllüdlü Tural Qanbayev isə xəstəxanada müalicəsini başa vurub.
Qeyd edək ki, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılmış araşdırma zamanı Tural Qanbayevin Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etdiyi məlum olub. Daha sonra T.Qanbayev sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.
Milli.Az





