Rusiya

Lavrov "SSRİ" yazılmış sviter geyinməsinə belə aydınlıq gətirdi - FOTO

27 Oktyabr 2025 17:14
Baxış: 535
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaskaya səfəri zamanı geyindiyi "SSRİ" yazılı sviterin "gizli mesaj" olduğu barədə yayılan fikirlərə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Lavrov bu barədə Macarıstanın "Ultrahang" YouTube kanalına verdiyi müsahibəsində danışıb.

Jurnalistin "Alyaskada təsadüfi seçim idi, yoxsa gizli mesaj?" sualına nazir qısa cavab verib:

"Xeyr, bu, sadəcə bir sviter idi."

Nazir bildirib ki, sviterin üzərindəki yazı sadəcə tarixi istinaddır:

"Bizdə Rusiya İmperiyasının gerbi olan geyimlər də var. İnsanlar onları geyinir, çünki bu, tarixin bir hissəsidir. Həm də o sviter çox şık və populyardır," - deyə Lavrov vurğulayıb.

O əlavə edib ki, hər bir xalq öz tarixindən utanmadan bəhrələnməlidir:
"SSRİ mənim vətənim idi. Orada anadan olmuşam, gəncliyimi yaşamışam və Xarici İşlər Nazirliyində işləməkdən zövq almışam. Vətənimizdən utanmaq üçün heç bir səbəb yoxdur" .

Nazirin sözlərinə görə, ABŞ-da onun bu geyimi "isteriyasız və normal" qarşılanıb.

Xatırladaq ki, Alyaskada keçirilən Rusiya-ABŞ sammiti zamanı ABŞ dövlət katibi Marko Rubio Lavrovun "SSRİ" yazılı sviterini bəyəndiyini demiş, Prezident Vladimir Putin isə zarafatla Lavrovu "imperialist" adlandırmışdı.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.