İdman

Yamal sevgilisi ilə yaşamaq üçün Şakiranın villasını alır - FOTO

27 Oktyabr 2025 16:25
Baxış: 517
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın gənc ulduzu Lamin Yamal Şakira və Jerar Pikenin bir zamanlar birlikdə yaşadığı evi almağa hazırlaşır.

MNilli.Az xəbər verir ki, "El Paísin məlumatına görə, 18 yaşlı futbolçu Esplugues de Llobregat bölgəsində yerləşən Ciutat Diagonal adlı elit ərazidəki dəbdəbəli malikanəni alacaq. Bir vaxtlar məşhur cütlüyün yaşadığı bu mülk "elit idmançının evi" kimi yenidən qurulacaq - evdə özəl idman zalı, fizioterapiya otaqları və yüksək səviyyəli təhlükəsizlik sistemi olacaq.

Malikanə 2012-ci ildə memar Mireia Admetller tərəfindən layihələndirilib və təxminən 3 800 kvadratmetr sahədə tikilib. Bu ərazi əvvəlcə Pike və Şakiranın ailələrinə məxsus üç villalı kompleksin bir hissəsi olub. 

Lamin Yamal yeni evini şəxsi istirahət məkanı kimi istifadə etməyi planlaşdırır - dostları və ailə üzvləri üçün ayrıca yerlər də nəzərdə tutulacaq. Onun sevgilisi, müğənni Niki Nikolun da tez-tez orada qalacağı bildirilir. Bu isə maraqlı bir paralel yaradır: hər iki cütlükdə də biri futbolçu, digəri musiqiçidir - Şakira-Pike və Yamal-Niki Nikol.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.