Cəmiyyət

Səmədovun rəsi oğlunu nazir şəxsən çıxarıb - Otağındakı mebellər xaricdən alınıbmış - TƏFƏRRÜAT

27 Oktyabr 2025 14:22
Baxış: 1 063
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədov işdən çıxarılıb. Toğrul Səmədov Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində idi.

Milli.Az bildirir ki, əldə olunan məlumata görə, qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov verib. Nazir müəssisələrə baş çəkərkən rəisin iş yerində yaradılmış mənzərədən təəccüblənib. Bildirilir ki, Toğrul Səmədov müəssisədə özü üçün xüsusi dəbdəbəli malikanə qurmuş, tikintidə bahalı materiallardan istifadə etmişdi. Nazir bu vəziyyəti görən kimi onun fəaliyyətini yoxlamağa göstəriş verib.

"Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı", deyə mənbə bildirib.

Aparılmış yoxlamalar nəticəsində Toğrul Səmədovun işində ciddi nöqsanlar aşkar olunub. Bununla da o, həm rəis vəzifəsini itirib, həm də tamamilə Ədliyyə sistemindən xaric edilib. Mənbə bildirir ki, Toğrul Səmədov artıq nazirliyin sərəncamında deyil və ona hər hansı vəzifə verilməyib.

Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov da bir müddət əvvəl İmişli Rayon İcra Hakimiyyətindəki vəzifəsindən azad edilmişdi. Beş ay əvvəl isə Saleh Səmədov özü Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənimsəmə ittihamı ilə həbs olunmuşdu./oxu24.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.