"Oğlumla küsülüdür, mənə də salam vermir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aşıq Zülfiyyə "Öz aramızda" verilişində Əməkdar artist Babək Niftəliyevə yönəltdiyi iradla diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi canlı efirdə xanəndənin həm ona, həm də həyat yoldaşına qarşı göstərdiyi hörmətsizlikdən danışıb.
Aşıq Zülfiyyə bildirib ki, baş verən hadisə onu məyus edib:
"Ərim gəlib aşağıdan onunla görüşüb. Mən də səhnədə mikrofonla bildirdim ki, dəyərli sənətkarımız qonaqdır, Babək müəllim də razılığını göstərdi. Sonra zəng etdim ki, niyə tez getdiniz? Dedilər ki, oğlum Bəxtiyardan incimişəm. Giley elədi ki, mənə salam verməyib. Mənim pisimə o gəldi ki, İlham Mirzəyevin anasının ad günü idi, hamı yan-yana oturmuşduq, gəldi hər kəslə görüşdü, ancaq bizimlə yox. Mən də pis oldum. Sən mənə və ərimə hörmət qoymursansa, övladımı niyə qatırsan?"
Hadisə ilə bağlı Babək Niftəliyevin oğlu da açıqlama verib və yaşananlara aydınlıq gətirib. O, iddiaları belə cavablandırıb:
"Mən restoranda sintezator ifaçısıyam. Alətdə ifa edəndə kim gəlirsə-gəlsin, ayağa qalxıb masaya gedib görüşə bilmərəm. Hətta ifa bitsə belə, sonradan yaxınlaşıb görüşmək imkanım olmur, çünki ailə ilə, dostlarla gəlirlər. O cür situasiyada yaxınlaşmağa ixtiyarım yoxdur. Musiqiçilərə səslənirəm: mənimlə problemləri varsa, özümə desinlər. Arxamca Zülfiyyə xanıma və ya atama zəng etmək lazım deyil. Küskünsə, özündən səbəbini soruşsun. Çıxışda isə mənimlə görüşdü, soruşdum ki, niyə tez çıxırsan, dedi ki, işimiz çıxdı".
Tərəflər arasında yaranan anlaşılmazlıq sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





