"Fənərbağça" Basketbol Komandasının kapitanı Melih Mahmutoğlu İstanbulun Beşiktaş rayonunda sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb.
Milli.Az xəbər verir ki, hadisə 23 oktyabr gecəsi Etiler məhəlləsində aparılan yol-nəzarət tədbirləri zamanı baş verib. Polis əməkdaşları 34 KJN 214 dövlət nömrə nişanlı avtomobili yoxlayarkən, sürücünün Melih Mahmutoğlu olduğunu müəyyən ediblər.
Aparılan alkotester testinin nəticəsinə görə, basketbolçunun qanında 1,15 promil spirt aşkar edilib. Bununla bağlı Mahmutoğlu polis bölməsinə aparılıb və barəsində inzibati tədbirlər görülüb.
Yol Hərəkəti Qanununa əsasən, idmançının sürücülük vəsiqəsi müsadirə olunub, eləcə də idarə etdiyi avtomobil müvəqqəti olaraq hərəkətdən kənarlaşdırılıb.
Fidan
Milli.Az





