Madrid və Kataloniya nəhəngləri arasında keçirilən son "El Klassiko" qarşılaşması gərgin anlarla yadda qalıb. Oyunun son dəqiqələrində baş verən hadisələrdən sonra həm meydandakı, həm də ehtiyat oyunçular arasında böyük dava düşüb.
Milli.Az xəbər verir ki, gərginlik Pedrinin Aurelienə qarşı kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə başlayıb. Qırmızı vərəqədən sonra hər iki komandanın ehtiyat oyunçuları ayağa qalxaraq mübahisəyə qoşulublar.
Vinicius Junior və Alejandro Balde arasında qarşıdurma yaranıb, hər iki futbolçu komanda yoldaşları tərəfindən çətinliklə geri çəkilib. Əsas vaxtın sonunda isə mərkəz dairəsində növbəti dava baş verib və vəziyyət bir müddət nəzarətdən çıxıb.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso dərhal meydana daxil olaraq oyunçularını sakitləşdirməyə çalışıb.
Fidan
Milli.Az





