İdman

Türkiyə futbolunda qalmaqal - Hakimlər mərc oyunlarına pul qoyublar

27 Oktyabr 2025 15:52
Baxış: 383
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında səs-küyə səbəb olan açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, bildirib ki, aparılan araşdırmalar nəticəsində hakimlərin böyük bir hissəsinin mərc oyunları oynadığı müəyyən edilib.

Hacıosmanoğlunun sözlərinə görə, peşəkar liqalarda 571 aktiv hakimin 371-nin mərc oyunları oynamaq üçün hesabı var, 152-si isə aktiv şəkildə oynayır.

"Türk futbolunun təmizlənməsi üçün əvvəlcə öz içimizdən başladıq. 7 üst klassa hakimi, 15 üst klassa köməkçi hakimi, 36 klassa hakimi və 94 klassa köməkçi hakimi oynamışdır. 10 hakim 10 min dəfədən çox, biri isə 18 min 227 dəfə bahis oynayıb," - deyə Hacıosmanoğlu bildirib.

TFF prezidenti bildirib ki, məsələ artıq Disiplin Komitəsinə göndərilib və günahkar şəxslər müvafiq cəzaları alacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.