“Qurban Qurbanovdan incimişəm, zəng etsin, səsini eşidim”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qurban Qurbanovdan incimişəm. Bu incikliyimi Musa Qurbanova da demişəm".
Milli.Az xəbər verir ki, bunu "Futbolinfo"ya müsahibəsində Xalq artisti Ağadadaş Ağayev deyib.
O, bildirib ki, Q. Qurbanovun Zaqatalada toyunu da aparıb:
- Sonra Allah nəsib edib, Qurbanın vida matçında da mən çıxış etmişəm. Doğrudur, ondan küsməmişəm, sadəcə, qardaş kimi bir az incimişəm. Qurban Qurbanov bu gün nəinki Azərbaycanda, hətta dünyada da tarix yazıb. Bu uğurun arxasında haradasa mənim də xeyir-duam var.
- Bəs niyə ondan incimisiniz?
- Çünki məni xatırlamır, zəng edib hal-əhval soruşmur.
- İşləri çoxdur...
- Mənim də işim çoxdur. Adam sevdiyindən umur, mən ondan umuram, uman yerdən küsərlər. Bunu ona irad tutmuram. O, mənim kiçik qardaşımdır. Bu gün avrokuboklar da ermənipərəst hakimlər "Qarabağ"ın oyunlarında qərəzli hakimliklə yadda qalır. Onların soyadları "yan"la bitməsə də, ermənilər kimi düşmənçilik edirlər. Yadınızdadır, avrokuboklarda "Bazel"lə oyunda top yarımmetr qapı xəttini keçdi, amma hakimlər bunu görmədi. Bunu cənab prezidentimiz də vurğuladı. Amma nə faydası, düşmən elə düşməndir. Hələ biz Bakıda Marsel "Olimpik"i ilə oyunda "Qarabağ"ın vurduğu qoldan sonra Qurban Qurbanovun oyunçusunun əllə fərqlənməsini görüb qolu ləğv etdirməsindən danışmırıq. Alicənablıq budur! Qurbanov əsl xarakterdir. Mən Türkiyə mediasını izləyirəm, onlar "Qarabağ"ı tərifləyirlər. Mən Azərbaycanı Türkiyədən ayırmıram. Özüm də "Qalatasaray"lıyam. "Cim-bom"un hər oyununu izləyirəm.
- Mənə çox maraqlıdır, bir qədər əvvəl dediniz ki, Qurbandan incikliyimi Musaya bildirdim, Musa nə dedi bəs?
- Musa mənə dedi ki, "Ağadadaş, sən haqlısan!" Mən Qurbanı çox sevirəm axı. Vallah, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir





