Hadisə

27 yaşlı qadın abortdan sonra öldü

13 Dekabr 2025 13:30
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib.

Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.