Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Keçə sənəti: əllərin sehri" adlı mühazirə keçirilib.
Mühazirəni sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Sevil Əliyeva təqdim edib. Tədbir qədim keçə sənətinin tarixi, yaranma prosesi və müasir tətbiq sahələrinə həsr olunub.
Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının, Özbəkistan Rəssamlıq Akademiyasının üzvü, modelyer-dizayner Mehriban Əliyeva, modelyer-dizayner, keçə üzrə rəssamlar Maya Babayeva və Nailə Kərimova çıxış edərək öz işlərini nümayiş etdiriblər.
Dinləyicilər qədim keçə texnikalarının sirrləri, Azərbaycanda keçəçilik ənənələrinin formalaşması və bu sənətin hazırkı yaradıcı interpretasiyaları barədə maraqlı məlumatlar verilib.
Tədbirin sonunda təqdim olunan defiledə modelyer-dizaynerlərin müəllifi olduqları geyimlər nümayiş etdirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





