Abşeronda tikili yanıb

23 Aprel 2020 07:15

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 8 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az