Hadisə

5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürdü - FOTO

27 Oktyabr 2025 13:34
Baxış: 1 257
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada 5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürüb.

Milli.Az xəbər verir ki, Vasilyevo kəndində 21 günlük körpə həyatını itirib. Körpə 5 yaşlı bacası tərəfindən dördüncü mərtəbədən atılıb.

Polisin məlumatına görə, uşaqlar anasının tək qoyduğu evdə olublar, atası isə işdə imiş. Yaxınlıqdan keçənlər qızın pəncərədən qışqırdığını eşidiblər və daha sonra körpəni yerə düşmüş halda görüblə. Təcili tibbi yardım gələndə körpənin artıq həyatını itirdiyi təsdiqlənib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Ananın məsuliyyətə cəlb olunacağı bildirilir. İstintaq zamanı 5 yaşlı qızın hərəkətlərinin qısqanclıqdan qaynaqlandığı bildirilir və ananın uşaqları tək qoymasının səbəbi araşdırılır.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.