Türkiydə məşhur müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq, şübhəlilərin ifadələri və yeni detallar ortaya çıxdıqca daha da dərinləşir. Hadisə zamanı eyni otaqda olduğu bildirilən Sultan Nur Ulu polisə verdiyi ifadədə Güllünü qızı Tuğyan Ülkem Gülterin itələdiyini iddia edib. Lakin Tuğyan Ülkem Gülter bu iddianı qəti şəkildə təkzib edib.
Milli.Az xəbər verir ki, hadisə yerindən qaçmağa hazırlaşan Tuğyan Ülkem Gülter və Sultan Nur Ulu polis tərəfindən birlikdə saxlanılıb.
Polis, hər iki qadının xaricə qaçmaq üçün hazırlıq gördüyünü müəyyən edib və onları saxlayıb.
Lalə Qüdrətova
Milli.Az





