Hadisə

Vətən müharibəsindən sağ qayıdan hərbçimiz Ukraynada öldü

13 Dekabr 2025 12:30
Baxış: 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat yayıb. 

O bildirib ki, azərbaycanlı tibb xidməti kapitanı Qafur Həsənov Ukraynada gedən müharibədə həyatını itirib.  

"44 günlük vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilən tibb xidməti kapitanı Qafur Cəmaləddin oğlu Həsənov Azərbaycan ordusundan ehtiyata buraxılandan sonra Rusiya gedib.

Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə həlak olub. Qafur həkimi şəxsən tanıyırdım, canavar kimi oğlan idi, gözündə qorxu olmayan bir qəhrəman idi", - paylaşımda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.