Cəmiyyət

Polad Həşimovun Aprel döyüşlərindəki FOTOsu

2 Aprel 2026 12:13
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polad Həşimovun Aprel döyüşləri zamanı cəbhədə çəkilən şəklini həyat yoldaşı Ofelya Salmanova paylaşıb.

Milli.Az xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri kimi düşən bu hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edirdi.

Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərin idarə olunması məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi xüsusi xidmətlərə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunur.

Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərin uğurlu idarə edilməsinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Lakin kirayədə yaşamasına baxmayaraq, o, həmin mənzili Aprel döyüşlərində şəhid olan hərbçinin ailəsinə bağışlayır.

Qeyd edək ki, Polad Həşimov 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.