Cəmiyyət

Xırdalanda zirzəmiləri su basdı - Liftlər dayandı, sakinlər çarəsiz VƏZİYYƏTDƏ

2 Aprel 2026 12:19
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Xırdalan şəhərində yeraltı sular ciddi infrastruktur probleminə səbəb olub. Mehdi Hüseynzadə küçəsində yerləşən yaşayış komplekslərindən bir neçəsinin zirzəmilərini kanalizasiya suları basıb.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, hazırda zirzəmilərdə suyun səviyyəsi xeyli artıb. Bu isə binalardakı liftlərin tamamilə fəaliyyətini dayandırmasına səbəb olub. Nəticədə, xüsusilə yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün hərəkət etmək daha da çətinləşib.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bildirib ki, problem bir neçə gün əvvəl Xırdalan və Masazır ərazilərini təmin edən suötürücü nasosxanada baş vermiş qəza ilə bağlıdır:

"Hazırda Bakıdan cəlb olunan mütəxəssislər ərazidə intensiv şəkildə bərpa işləri aparır. Artıq işlərin təxminən yarısı tamamlanıb və yaxın vaxtlarda sistemin tam bərpa ediləcəyi, problemin isə aradan qaldırılacağı gözlənilir".

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.