İdman

Tanınmış hücumçu "​Qarabağ"a təklif edildi

12 Dekabr 2025 23:18
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın sabiq hücumçusu, hazırda ölkəsi Braziliyanın "Flamenqo" klubunda çıxış edən Juninyo Olavionun qış fasiləsində Azərbaycan təmsilçisinə qayıtması gündəmdədir.

Milli.Az xəbər verir ki, onun yanvarda icarəyə götürülməsi mümkündür.

"Famenqo" ilə hələ yayda Juninyonu yenidən heyətə qatmaq məqsədi ilə danışıq aparan, lakin olduqca yüksək maddi tələblər səbəbindən istəyinə çatmayan "köhlənlər" gələn ilin birinci ayında icarə variantını reallaşdıra bilərlər.

İndiki komandasında əsas hücumçuya çevrilə bilməsə də, bir müddət öncə Libertadores Kubokunu qazanan 29 yaşlı forvard yenidən "Qarabağ"da oynamaq variantına isti yanaşır.

Onu da qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan Ağdam komandasının braziliyalı cinah müdafiəçisi Mateus Silva sərgilədiyi performansla Juninyonun klubunun diqqətini çəkib. Düzdür, A Seriyası təmsilçisi "Qarabağ"ın qapısını rəsmi təkliflə döyməyib, amma menecerlər Mateusa "Flamenqo"nun ona maraq göstərməsi ilə bağlı məlumat veriblər. Braziliyalılar sözügedən arxa xətt oyunçusunu Juninyo ilə dəyişməyi münasib gediş sayırlar. Hərçənd bu yöndə tərəflər hələ müzakirə aparmayıblar. (fanat.az)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.