Ölkə

Bakıda məşhur bazar niyə sökülür? - VİDEO

13 Dekabr 2025 10:51
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür.

Milli.Az Xəzər TV-yə istinadla xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıblar.

Onların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib.

Kompensasiya məsələsinə gəlincə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirildiyi üçün onlar arasında hələ ki narazılıq yoxdur.

Sahibkarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.

Ərazi özəl mülkiyyətdədir. Lakin bazar rəhbərliyindən kamera qarşısında danışmaq istəyən kimsə olmadı. Sahibkarlar ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.