Siyasət

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb, İordaniyaya təyin edilib

27 Oktyabr 2025 16:28
Baxış: 311

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və İordaniyaya səfir təyin edilib.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.