Cəmiyyət

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin!

9 Aprel 2020 13:49
2 Şərh     Baxış: 2 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-dan qorunmaq üçün alış-verişdən sonra təmizliyə diqqət etmək lazımdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirilib.

Qeyd edilib ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.

Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.

Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri isə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.