Cəmiyyət

Hansı qaşlı üzükləri taxmaq lazımdır?

21 Sentyabr 2017 23:15
3 Şərh     Baxış: 10 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəla, bunu qeyd edək ki, dinimizdə kişilərin qızıl üzük taxması icazəli sayılmır, kişilər gümüş üzük taxmalıdırlar. Qadınlara isə qızıl üzük taxmaq icazə verilir. Ən fəzilətli üzük qaşları əqiq və firuzə sayılır. Bu barədə çoxlu hədislər mövcuddur. Rəvayətlərdən məlum olur ki, müqəddəslərimiz əqiq və firuzə qaşlı üzüklər taxmışlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, əqiqlər içində qırmızı və sarı rəngli daşlara üstünlük verilir. Əqiq daş insanı kədərdən xilas edər, şər-böhtandan və qəfil ölümdən qoruyar. Bundan əlavə, yaqut, zümrüd, büllur (xrustal) və zəbərcəd (xrizolit, topaz) qaşlı üzük taxmağı tövsiyə edən hədislər vardır. Üzüyü sağ əlin çeçələ (lap xırda) və adsız (çeçələ barmağın yanındakı) barmağa taxmaq müstəhəbdir. Namaz qılan zaman əqiq qaşlı üzük taxmağın xüsusi savabı vardır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.