Cəmiyyət

Atalıq məzuniyyəti ilə bağlı yeni addımlar gözlənilir

31 May 2025 23:00
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov "Yeni bir səhər" verilişində ödənişli atalıq məzuniyyəti ilə bağlı bir sıra tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, bu gün ailədə atanın rolunun önəmi getdikcə daha çox dərk olunur və bu istiqamətdə dəstək tədbirlərinin genişləndirilməsinə ehtiyac var:

"İctimai birliklər və qeyri-hökumət təşkilatları bu sahədə qrant müsabiqələrində daha fəal iştirak etməli, bölgələrdə maarifləndirmə işləri aparılmalıdır".

Seymur Məmmədov həmçinin əlavə edib:

"Burada mənfi bir tərəf görmürəm. Qadının da əmək fəaliyyətində iştirakı ailə büdcəsinə müsbət təsir göstərir. Hazırkı şəraitdə yalnız bir valideynin təkcə kişinin və ya qadının işləməsi ailə daxilində maliyyə balanssızlığına səbəb ola bilər. Bu baxımdan, atalıq məzuniyyətinin təşviqi və bu barədə məlumatlandırmanın artırılması mühüm əhəmiyyət daşıyır".

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.