Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.
Məlumata görə, "Match TV" kanallarının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.
Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.
Milli.Az