İdman

Benfikaya uduzacağı təqdirdə Mourinyonun yeni komandası açıqlandı

25 Avqust 2025 23:51
Baxış: 8 064
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol dünyasında diqqətçəkən iddia gündəmə gəlib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Nottingham Forest-ın sahibi Evangelos Marinakis hazırda Fənərbaxçanı çalışdıran Jose Mourinyonu komandanın başına gətirmək istəyir.

Xəbərlərdə bildirilib ki, Marinakis, klubun hazırkı baş məşqçisi Nuno Espirito Santo ilə yolları ayırmağa hazırlaşır. Bu səbəbdən İngilis klubu diqqətini Türkiyəyə yönəldib.

İddialara əsasən, Nottingham Forest Mourinyoya təklif göndərmək üçün Fənərbaxçanın UEFA Çempionlar Liqasında Benfica ilə oynayacağı həlledici oyunu gözləyir. Sarı-lacivərtlərin turnirə vida etməsi halında, Portuqaliyalı çalışdırıcıya astronomik müqavilə təklifi ediləcək.

Mourinyo artıq iki mövsümdür ki, Fənərbaxçanın baş məşqçisi vəzifəsini icra edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.