İdman

Xabi Alonso "Real Madrid"dən göndərildi - yeni məşqçi təyin olundu

12 Yanvar 2026 21:28
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid" klubu rəsmi bəyanatla çıxış edərək baş məşqçi Xabi Alonso ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyulduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, klubun məlumatında bildirilir ki, Xabi Alonso "Real Madrid" üçün hər zaman xüsusi yerə sahib olacaq. O, madridlilər üçün əfsanəvi futbolçu kimi yadda qalıb və çalışdığı müddət ərzində klubun dəyərlərini layiqincə təmsil edib. Açıqlamada vurğulanıb ki, "Real Madrid" hər zaman onun evi olacaq.

Xatırladaq ki, "Real Madrid" ötən gün İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən "Real Madrid"ə rəhbərlik edirdi.

Yeni baş məşqçi klubun sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.