Dünya

Məşhur bloqer mədə xərçəngi ilə mübarizə aparır

11 Mart 2026 15:53
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur rusiyalı bloqer Valeriya Chekalina barədə ağır xəbər yayılıb.

Milli.Az xəbər verir ki, onun mədəsində dördüncü mərhələdə mədə xərçəngi aşkarlanıb. Xərçəngin bu mərhələsi sağalmaz hesab olunur. 

Məlumata görə, bu barədə bloqerin rəfiqəsi Alina Akilova öz Teleqram kanalında yazıb. O bildirib ki, xəstəlik artıq metastaz verib və vəziyyət çox ciddidir. Akilovanın sözlərinə görə, Lerçek bir müddət analizlər vermək üçün evdən çıxa bilmədiyi üçün diaqnoz gec qoyulub. 

Qeyd olunur ki, xəstəliyin bu mərhələsində tam sağalma ehtimalı çox aşağıdır. Müalicə əsasən xəstəliyin inkişafını ləngitmək və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.