Sağlamlıq

Çox sevilir, amma sağlamlığa ziyandır – Toyuğun bu hissələrini yeməyin! - VİDEO

13 Yanvar 2026 01:01
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sağlamlıq üçün risk daşıdığı bildirilir.

Milli.Az xəbər verir ki, qida mütəxəssisləri, xüsusilə qaraciyər, dəri və quyruq hissələrinə diqqət yetirməyi tövsiyə edirlər.

1. Qaraciyər
Toyuğun qaraciyəri insanlar tərəfindən çox sevilsə də, sağlamlıq baxımından risklidir. Bu orqan toksinləri toplama xüsusiyyətinə malikdir və əgər toyuğun qidasına əlavə maddələr qatılıbsa, həmin toksinlər qaraciyərdə yığılır. Bu səbəbdən xüsusilə kimyəvi əlavələrlə qidalanmış toyuqların qaraciyəri diqqətlə seçilməlidir.

2. Dəri
Toyuğun dərisi yağ və xolesterin miqdarı yüksək olduğundan, ürək-damar problemləri olan şəxslər üçün uyğun deyil. Hətta sağlam insanlar üçün də dərinin çox miqdarda istehlakı uzun müddətdə xolesterin və piy yığılmasına səbəb ola bilər.

3. Quyruq
Quyruq hissəsi bakteriyaların toplana biləcəyi bir yerdir, çünki buradan nəcis keçmiş olur. Xüsusilə mədə və bağırsağı həssas olan şəxslər bu hissəni yeməməlidir.

Mütəxəssislər vurğulayırlar ki, toyuq əti sağlam qida olsa da, bədənə zərər verə biləcək hissələrə diqqət yetirmək vacibdir. Qida təhlükəsizliyi və sağlamlıq üçün qaraciyər, dəri və quyruq istehlakında ehtiyatlı olmaq tövsiyə olunur.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.