Ruslan Voronsov: “Premyer Liqada oynayanlardan əskik futbolçu deyiləm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az I Liqanın bombardirlər cədvəlində yer alan Ruslan Voronsovun Offsideplus.az saytına müsahibəsini təqdim edir.
- "Mingəçevir"in qapısına vurduğunuz qol böyük maraqla qarşılandı. Bu, məşqlərdə üzərində işlədiyiniz fənd idi, yoxsa situasiyaya uyğun ani reaksiya?
- Oyundan təxminən iki gün əvvəl məşqdə eyni şəkildə qol vurmuşdum. Amma matçdakı epizod tamamilə ani refleks idi. Açığı, həmin vəziyyətdə topu başqa cür vurmaq mümkün deyildi.
- "Şahdağ-Qusar"la yollarınızı ayırdınız. Sabiq klubunuzdakı performansınızı necə dəyərləndirirsiniz?
- Deməzdim ki, pis alındı. Sadəcə daha yaxşı ola bilərdi. Hər oyunda stabil çıxış etmək mümkün olmur, buna görə də belə alındı.
- Karyeranızı "Səbail"də davam etdirəcəyiniz deyilir. Bu məlumat doğrudur?
- Bəli, artıq "Səbail" klubu ilə razılığa gəlmişəm. Klubun uğurları üçün əlimdən gələni edəcəyəm.
- Ayrılığın səbəbi nə idi?
- "Şahdağ"dan ayrılmağımın əsas səbəbi Premyer Liqada oynamaq istəyimdir. Düşünürəm ki, "Səbail"i yenidən Premyer Liqaya qaytara bilsək, mənim üçün də yaxşı bir fürsət yaranacaq. Qismət nədirsə, o da olacaq. Yenə də əlimizdən gələnin artığını etməyə çalışacağıq.
- "Səbail"i məhz təklif etdiyi maaşa görə seçmisiniz?
- "Səbail" Premyer Liqadan düşmüş bir klubdur və orada futbolçu üçün hər cür şərait var. Açığı, eyni maaşı verən başqa klublar da vardı. Amma mənim üçün əsas məsələ xoşbəxt olmaqdır. Futbolçu xoşbəxt olduğu yerdə daha yaxşı inkişaf edir.
- I Liqanın hazırkı durumunu necə dəyərləndirərdiniz? Sizcə, lazımi səviyyədə rəqabət varmı?
- Liqada hazırda çox gərgin rəqabət gedir və bu, sevindirici haldır. Rəqabətin olması futbolun inkişafı üçün çox vacibdir.
- Sizi Premyer Liqada oynayacaq səviyyədə futbolçu hesab edənlər var. Bu haqda özünüz nə düşünürsünüz?
- Premyer Liqada oynayanlardan əskik futbolçu deyiləm. Təkcə məndən söhbət getmir. I Liqada saysız-hesabsız futbolçular var ki, hamısı Premyer Liqaya layiqdir.
- Artıq 30 yaşınız var. Sizi indiyə kimi Premyer Liqada görməməyimizin səbəbi nədir?
- Açığı, bu mənə də maraqlıdır. Bilmirəm, yəqin ki, bu sualı məşqçilərə vermək lazımdır: görək, nə çatmayıb? (gülür)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Kobaxidzedən Ermənistanın yeni konstitusiya layihəsinə münasibət
-
Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək (Video)
-
Safurə dəbdəbəli evindən görüntülər paylaşdı – (Foto)
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)





