İdman

Azərbaycanlı futbolçu “qol kralı” seçildi

13 Yanvar 2026 00:28
Baxış: 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təşkil olunan "Golazo 2" minifutbol turnirində Azərbaycan minifutbol millisinin üzvü Xətai Bağırovun möhtəşəm performansı "Fenomeno Armada"ya çempionluq gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  turnirdə Ataberk Doğanın rəhbərlik etdiyi "Fenomeno Armada" komandası rəqiblərini geridə qoyaraq kuboku başı üzərinə qaldırıb.

Turnirin ən parlaq siması isə məhz azərbaycanlı hücumçu Xətai Bağırov olub. O, nümayiş etdirdiyi oyunla həm turnirin "ən dəyərli oyunçusu" (MVP), həm də "qol kralı" adına layiq görülüb.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionu olan X. Bağırovun final mərhələsindəki effektivliyi komandasının qələbəsində həlledici rol oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.