600 illik cəngavərdə nadir "Kruzon" sindromu aşkar edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyadakı "Calatrava" ordeninə mənsub bir cəngavərin skeletində tapılan Kruzon sindromu Orta Əsrlər arxeologiyasında növünün ilk nümunəsi kimi sənədləşdirilib. Bu nadir genetik vəziyyətə sahib bir yetkin insanın qalıqları tarixdə ilk dəfədir ki, gün üzünə çıxarılır.
Milli.Az xəbər verir ki, İspaniyalı arxeoloqlar ölkənin ilk hərbi-dini birləşmələrindən biri olan "Calatrava" ordeninə aid bir cəngavərin qeyri-adi skelet qalıqlarını tapıblar. Skeletin ümumi quruluşu tipik xüsusiyyətlər göstərsə də, fərdin kəllə sümüyü fövqəladə dərəcədə dar və uzun formaya malik idi. Heritage jurnalında dərc olunan araşdırma komandası bu morfoloji quruluşun Kruzon sindromundan qaynaqlandığı qənaətinə gəlib.
Rovira i Virgili Universitetinin tədqiqatçısı Karme Risseç qeyd edib ki, əvvəllər bu sindromlu körpə qalıqları tapılsa da, bir yetkində, xüsusən də bir döyüşçüdə bu vəziyyətin sənədləşdirilməsi istisna haldır.
Kruzon sindromunun əsas əlaməti olan kraniosinostoz körpəlik dövründə kəllə sümüklərinin vaxtından əvvəl bitişməsi nəticəsində kəllənin normal inkişafını tamamlaya bilməməsi və qeyri-adi forma almasıdır. Bu vəziyyət müasir dövrdə cərrahi yolla müalicə edilsə də, Orta Əsr şəraitində qalıcı fiziki dəyişikliklərə səbəb olurdu.
Tədqiqatçı Karme Risseç bu fərdin cəngavər olduğuna dair bir neçə ciddi sübut təqdim edir:
Sağ qoldakı deltoid və biseps əzələlərinin sümüyə birləşmə izləri digər cəngavərlərin skeletləri ilə tamamilə eynidir.
Bud sümüyü və çanaq oynağındakı aşınmalar fərdin mütəmadi olaraq at mindiyini göstərir.
Kəllə sümüyünün gicgah nahiyəsində deşici yara, ənsəsində zərbə izi və sol qamış sümüyündə böyük əzilmə aşkarlanıb. Bu xəsarətlərin heç birində sağalma izi yoxdur, bu da onların ölüm anında alındığını sübut edir.
Tədqiqat göstərir ki, təxminən 50 yaşında ölən bu kişi 12-15-ci əsrlər arasında yaşayıb. Kruzon sindromu adətən ciddi əqli geriliyə səbəb olmadığı üçün o, cəmiyyətin aktiv üzvü olub.
Lakin çənə nahiyəsindəki deformasiyalar onun yemək yemək kimi təməl ehtiyaclarda çətinlik çəkdiyini və bəlkə də köməyə ehtiyac duyduğunu göstərir. Bütün bunlara baxmayaraq, osteoloji tapıntılar bu adamın at minə bildiyini, qılınc qurşandığını və müharibə vaxtı gəldikdə silahdaşları ilə çiyin-çiyinə döyüşdüyünü sübut edir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
-
Güclü yağışdan sonra İstanbul... - (Foto)
-
Pezeşkian Bakıda görüşlərdən sonra İrəvana yollandı
-
Rusiyada güclü zəlzələ oldu
-
Meksika turistlərdən 9 dollar vergi alacaq
XƏBƏR LENTİ
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur
-
Mətbuat Şurasının yeni sədri seçilib
-
Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir - Kamaləddin Qafarov
-
Mərkəzi Banka yeni səlahiyyət verilir
-
Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”
-
Bu şəxslərin dövlət qulluğunda işləməsinə qadağa qoyulur
-
Ölkədə nikah və boşanmaların sayı azalıb
-
Komendant pulu çıxarışa görə, yoxsa müqavilədəki kvadrata görə ödənilməlidir? - ARAŞDIRMA
-
Ölkə əhalisinin sayı açıqlandı: Qadınlar çoxdur, yoxsa kişilər?
-
Bu bələdiyyələrin adları dəyişdirildi
-
Üçqat Olimpiya çempionu küçədə yemək axtarır - (Foto-Video)
-
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
-
Azərbaycanda bu şəxslərin maaşları artırılır - Yenilik
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb





