Mədəniyyət

Xalq artisti ölkədən kimə görə GETDİ?

26 Avqust 2025 16:17
Baxış: 1 049
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qapqara" verilişinin budəfəki qonağı Xalq artisti, teatr və kino aktyoru Cahangir Novruzov olub.

Onun sözlərinə görə, dünyanın ən məsum yalanı teatrdadır:

"Çünki teatr yalanın həqiqətə xidmət etdiyi bir məbəddir. Tamaşa zamanı izləyicini aldada biliriksə, yalanı mükəmməl danışa biliriksə, izləyici o qədər məmnun qalır ki, tamaşadan sonra səni arxada qapıda gözləyir, şəxsən əlini sıxmaq istəyir. Bu, o məsumiyyətin ən böyük nöqtəsidir. Mən bunu tələbələrimə də yaşatdırıram. Teatr hekayə anlatma sənətidir. Əgər teatr yalanın həqiqətə xidmət etdiyi bir məbəddirsə, səhnə də yalanın qurban edildiyi qurbangahdır".

Cahangir Novruzov anası, böyük sənətkar Nəsibə Zeynalovanı gecikdiyinə görə məşqə buraxmadığı bir hadisəni belə xatırlayır:

"Dedim ki, Nəsibə xanım, gecikdiyiniz üçün sizin səhnəniz sabah çəkiləcək. Anam anamı ağlatdı. O hərəkətimə görə mənə yaxşıca vurdu. "Sən o cəsarəti haradan tapdın?" dedi. Mən də "səndən" dedim. Çox pərt olmuşdu".

O, Vətəni tərk etməsini belə izah edib: "Mən ölkədən Nəsibə xanımın dərmanlarını almaq üçün getdim. Çünki teatr maaşı ilə maddi cəhətdən dolanmaq mümkün deyildi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.