Mədəniyyət

“Narimanfilm” kinostudiyası “Salam” BYFF-ın dördüncü buraxılışını keçirəcək.

20 Avqust 2025 15:42
Baxış: 289
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Narimanfilm" kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi və "PASHA Holding" Şirkətinin baş sponsorluğu ilə 2025-cü il avqustun 25-28 tarixlərində "Salam" BYFF-ın dördüncü buraxılışını keçirəcək. 

Festival  iştirakçıları olaraq 13-17 yaş arası yeniyetmələr nəzərdə tutulur və bu il "Salam" BYFF-da  həm Azərbaycandan, həm də xarici ölkələrdən  400-ə yaxın  yeniyetmənin jüri qismində iştirak etməsi gözlənilir.

Festival günlərində müxtəlif ölkələrin istehsalı olan və  mötəbər festivallarda iştirak etmiş konkurs proqramın filmlərinin nümayişi, iştirakçılar tərəfindən bu filmlərin müzakirə olunması, dəvət olunmuş rejissor və aktyorlarla görüşlər, eləcə də, film istehsalının əsasları haqqında interaktiv ustad dərslərinin və seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Festivalın son günündə adıçəkilən yeniyetmə-jürilərin səsverməsi nəticəsində müsabiqədə iştirak edən professional filmlər arasında qaliblər müəyyən olunur. 

Qeyd etmək istəyirik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin və digər ölkələrin mədəniyyətlərinin təbliği, gənclərin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır. 

Nizami Kino Mərkəzində keçiriləcək 4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının Açılış Mərasimi 25 avqustda saat 10.00-da baş tutacaq. Açılış Mərasiminin rəsmi hissəsindən sonra Festival Yaponiya istehsalı olan "You are here, you were here" (rej. Kousuke Sakoda) bədii filmi ilə başlanacaq. Filmin nümayişindən sonra Festival iştirakçıları və tamaşaçılar rejissor Kousuke Sakoda ilə görüşərək öz suallarını səsləndirmək və film haqqında fikirləri ilə bölüşmək imkanı əldə edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.