17 yanvar saat 18:30 və 20:30-da Bakının heyrətamiz gözəlliyə malik tarixi Kamera və Orqan Musiqisi Zalında şam işığında unikal bir konsert - J. Strauss, P. Çaykovski, D. Şostakoviçin əfsanəvi valsları ibarət axşam keçiriləcək.
Sizi dünya klassiklərinin ən zərif və ən çox tanınan valslarının canlanacağı xüsusi bir axşama dəvət edirik. Yüzlərlə şamın zərif sayrışması, qədim kilsənin incə akustikası və alətlərin canlı səsləri əsl sehirli atmosfer yaradacaq.
Bu axşam sizə ölkənin ən yaxşı musiqiçilərinin ifasında klassik şah əsərlərin səslənməsi ilə parlaq hisslər və incə estetik zövq bəxş edəcək.
Başlama vaxtı: 18:30 və 20:30
Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə "Xəzər incəsənəti" deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble-nın tərkibində Azərbaycanın tanınmış musiqiçilər - Renata Abubekirova (I violin), Yuliya Motorina (II violin), Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kortrabas) və Ülviyyə Dadaşova (piano) yer almışdır.
Proqram
- P.Çaykovskinin "Yatmış Gözəl" və "Şelkunçik" baletlərindən valslar
- J. Strauss-un əfsanəvi valsları
- Şostakoviç və Doqanın tanınmış valsları
Təşkilatçılar proqramda dəyişiklik etmək hüququnu özlərində saxlayırlar.
Yer sayı məhduddur.
Bu qışın ən əsrarəngiz musiqi axşamının bir hissəsi olmaq şansını qaçırmayın!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





