“Araz"dan alınan şirniyyatdan plastik qapaq çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Araz Supermarket" şəbəkəsindən alınmış şirniyyat məhsulu ciddi təhlükə yaradıb.
Milli.Az xəbər verir ki, hadisə jurnalist Fuad Mədətovun başına gəlib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 50 ünvanında yerləşən "Araz Supermarket" filialından alınan "Portağallı şəkərpərə" adlı şirniyyatın içərisindən kauçuk plastik qapaq çıxıb.
Şirniyyatı qəbul edən şəxsin nəfəs borusunda bu yad cisim ilişib, bu isə real olaraq ölüm riski yaradıb.
Şirniyyatın içindən çıxan yad cismin görünüşü və quruluşu onun qida məhsullarında istifadə olunmayan, əksinə maz (krem) preparatlarının qapağı ola biləcəyini göstərir. Məlumata görə, həmin qapaq:
• ağ plastikdən hazırlanıb (dərman qablaşdırmalarında çox yaygındır),
• qısa və qalın silindrik formadadır,
• bir tərəfi bağlı, digər tərəfi açıqdur,
• iç hissəsi tubanın boğazına keçməsi üçün uyğun quruluşa malikdir.
Ən çox hansı mazlarda belə qapaqlar olur:
• dermatoloji kremlər və mazlar,
• antibiotik mazlar,
• yanıq və yara üçün olan preparatlar.
Əgər qapağın içində diş (rezba) varsa və ya folqanı deşən çıxıntı mövcuddursa, bu, demək olar ki, dəqiq maz qapağıdır. Əks halda ehtimal marker qapağına qalır.
Jurnalist bildirir ki, ən narahatedici məqam isə odur ki, bu cür plastik qapaq istehsal və qablaşdırma prosesində qida ilə təmasda olmamalıdır. Bu fakt məhsulun hazırlandığı və ya qablaşdırıldığı mühitdə elementar sanitariya və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu göstərir.
"Məsələ təkcə bir yad cismin məhsulun içindən çıxması deyil. Bu hadisə istehlakçının həyatını birbaşa təhlükə altına atan ciddi laqeydlik və məsuliyyətsizlik nümunəsidir. Nəfəs borusunda ilişən belə bir plastik əşya saniyələr içində boğulma və ölümə səbəb ola bilərdi.
Sual doğuran məqamlar kifayət qədərdir:
- Qida məhsulunun istehsalı zamanı maz qapağı oraya necə düşüb?
- İstehsalçı müəssisədə gigiyena və nəzarət varmı?
- "Araz Supermarket" satışa çıxardığı məhsullar üzərində hansı yoxlama mexanizmini tətbiq edir?
- Bu gün üzə çıxan hadisə ilkdir, yoxsa sadəcə ilk dəfə ictimailəşir?" /Yurd.Media
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
XƏBƏR LENTİ
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib





