Hadisə

Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar

15 Noyabr 2026 19:18
Baxış: 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb.

Milli.Az-ın xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.