Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib.
"Azərbaycan muğamı" layihəsi çərçivəsində "Muğamat axşamı" konsertində xanəndələr muğam və təsnif, xalq mahnılarından ibarət proqramla çıxış ediblər. Ansamblın ifasında "Koroğlu" filmindən bəstəkar Cahangir Cahangirovun əsəri ilə başlanan konsert daha sonra mərkəzin solistlərin ifası ilə davam edib.
Əməkdar artist Sevinc Sarıyeva, BMM-nin solistləri Elgiz Əliyev, Nisbət Sədrayeva, IV Televiziya Muğam Müsabiqəsi Qran-Pri mükafatçısı Mirpaşa Şükürov, Muğam Televiziya müsabiqəsinin qalibi Gülnar Qüdrətli və IX Muğam Televiziya müsabiqəsinin laureatı Yusif Cəfərbəylinin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb. Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Araz Ağaverdiyev, qanunda Məhta Məhəmmədəlizadə, balabanda Rafael Əsgərov, nağara Siyavuş Kərimov və qoşa nağarada Saday Bədəlov müşayiət ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





