Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.
Milli.Az Moderator.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elmir Cəfərov gətirilib.
Yeni direktor daha öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, E.Cəfərov deputat Müşfiq Cəfərovun əmisi oğludur.
Milli.Az





