Deputat qohumu bu gün tələbənin öldüyü təhsil mərkəzinə direktor təyin edildi

12 Yanvar 2026 17:06

Bu gün tələbənin vəfat etdiyi Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.

Milli.Az Moderator.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elmir Cəfərov gətirilib.

Yeni direktor daha öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, E.Cəfərov deputat Müşfiq Cəfərovun əmisi oğludur.

Milli.Az