İran

Pezeşkianın çağırışından sonra küçələrə axışdılar

12 Yanvar 2026 18:44
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın müxtəlif şəhərlərində on minlərlə şəxs ölkə rəhbərliyinə dəstək üçün aksiyaya başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əllərində İran bayrağı və ölkənin ali rəhbəri Əli Xameneinin portretləri olan aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb. 

Onu da bildirək ki, İran Prezidenti Məsud Pezeşkian ötən gün televiziya vasitəsilə xalqa müraciət edərək ölkə əhalisini İslam Respublikasına və onun rəhbərliyinə dəstək nümayiş etdirməyə çağırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.