Ölkə

Sabah 5000 abonentin qazı kəsiləcək

25 Avqust 2025 10:23
Baxış: 1 028
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5000 abonentin qaz təchizatının 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.