19:20
Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Milli.A xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, diametri 159 mm-lik "Şəhər daşıyıcı" orta təzyiqli qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 26.08.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Ümumilikdə şəhərin F.Xoyski, Ç.Mustafayev, Şəhriyar, Ə.Kürçaylı, Ü.Hacıbəyov, Heyranxanım, Bül-bül, Əzizbəyov, N.Tusi, Rəsul Rza, M.Maqomayev, Xaqani, Natəvan, Əcəmi, F.Cavadov, Ş.Qurbanov, Nəsimi küçələrində, həmçinin 20 Yanvar küçəsində yerləşən 16, 17, 17 A bina, T.İsmayılov küçəsində yerləşən 1, 5, 17, 19 binalarında yaşayan 2801 abonentin qaz təchizatı dayandırılacaq.
----------
10:23
Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.
Milli.Az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5000 abonentin qaz təchizatının 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.
Milli.Az