Hadisə

22 yaşlı tələbənin ölümündəki müəmma - Dostuna göndərdiyi mesaj ürək dağladı - FOTO

26 Avqust 2025 00:11
Baxış: 942
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulun Beşiktaş rayonunda yaşayan universitet tələbəsi, 22 yaşlı Helin Uçar evində ölü tapılıb. Gənc qızın müəmmalı ölümü ilə bağlı istintaq davam edir.

Əslən Amasyadan olan və universitetdə Daxili memarlıq fakültəsinində təhsil alan Helin Uçar, Beşiktaşın Muradiye məhəlləsində kirayə qaldığı evdə tək yaşayırmış. Ondan xəbər ala bilməyən yaxınları Samsundan İstanbula gəlib. Çilingirin köməyi ilə evə girən qohumları Helinin cansız bədənini tapıblar. Meyit ekspertiza üçün Adli Tibb İnstitutuna göndərilib.

Qonşuları Helin Uçarı "22 yaşında, gəncliyinin baharında, sakit, təmiz qəlbli bir insan" kimi təsvir ediblər. Uğurlu və sevilən gənc qızın ölümü ailəsinə və ətrafına dərin sarsıntı yaşadıb. Onun cənazəsi doğulduğu Amasyada dəfn olunub.

Hadisə yerinə gələn polis qruplarının ilkin araşdırmasına görə, Helinin bədənində kəsici və ya deşici alət izinə rast gəlinməyib. Qəti ölüm səbəbi yalnız otopsidən sonra məlum olacaq.

Məlumata görə, Helin bir müddət klinik psixoloq olan ev yoldaşı ilə qalırmış, lakin ev yoldaşının iş yeri açaraq evdən ayrılmasından sonra tək yaşayıb. Onun ölümündən əvvəl isə bir dostuna "problemlərim var" mesajı göndərdiyi iddia olunur.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.