Ölkə

Kamran Əsədovla əlbir olan qaynı İŞDƏN ÇIXARILDI - FOTO

23 Yanvar 2026 15:57
Baxış: 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.

Milli.Az xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.

Universitetdən bildirilib ki, sözügedən şəxs 2025-ci il dekabrın 12-si öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, yanvarın 22-si Gəncə Şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.

Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin Bəhman Hüseynli hakimin sualına tam cavab verə bilməyib.  /Unikal

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.