Ölkə

Bakıda ev yandı: qardaş-bacının yanmış meyiti aşkar edildi - YENİLƏNİB

23 Yanvar 2026 19:18
Baxış: 1 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəxslərin kimliyi məlum olub.

Milli.Az xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus 3 mərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb. (APA)

------------ 

Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ayxan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.